Doktor Dum

Doktor Dum
ing. Doctor Doom
Doktor Dum
Doktor Dum
Nəşriyyat Marvel Comics
Yayım tarixi Doktor Dum kimi:
"The Fantastic Four" #5 (iyul 1962)
Dəmir adam kimi:
"Infamous Iron Man" #1 (oktyabr 2016)
Yaradıcı(lar) Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Əsl adı Viktor fon Dum
Cinsiyyəti kişi[d]
Boyu 1,82 m
Çəkisi 102 kq
Göz rəngi qəhvəyi[d]
Saç rəngi qəhvəyi saç[d]
Növü insan
Komiks bioqrafiyası
Üzvlükləri Future Foundation
Təəccübləndirici Qisasçılar
Qisasçılar[1][2]
İntriqaçılar
İntellegensiya
Ali sehrbazlar
Partnyorları
Düşmənləri Qalaktus, Görünməz qadın
Ləqəbləri Rabum Alal
Bədnam Dəmir adam
Gücləri Dahilik səviyyəsində intellekt
Elmi dahi
Güclü sehrbaz

Doktor Dum (ing. Doctor Doom) və ya əsl adı ilə Viktor fon Dum (ing. Victor Von Doom) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma supercinayətkar. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 5-ci sayında (iyul 1962) peyda olmuşdur. Doktor Dum Fantastik dördlüyün əzəli düşməni və Latveriya adlı uydurma dövlətin lideridir. Fantastik dördlüklə yanaşı, Qisasçılar, Hörümçək-adam, Qara pantera və digər superqəhrəmanlarla da qarşı-qarşıya gəlmişdir.[3]

"Wizard" jurnalı "Bütün dövrlərin ən böyük 101 supercinayətkarı" siyahısında Doktor Dumu 4-cü yerdə göstərmişdir.[4] IGN-in "Bütün dövrlərin Top-100 komiks supercinayətkarı" siyahısında isə 3-cü yerdə peyda olmuşdur.[5]

Doktor Dum bir çox videooyun, televiziya verilişində və filmdə peyda olmuşdur. 1994-cü ildə istehsalı buraxılmamış "Fantastik dördlük" filmində Doktor Dumu Cozef Kalp canlandırmışdır. 2005-ci il istehsalı "Fantastik dördlük" və 2007-ci il istehsalı sikveli "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmlərində Doktor Dum rolunu Culian Makhemon oynamışdır. 2015-ci il rebootunda isə personajı Tobi Kebbell canlandırmışdır.[6]

  1. Avengers Vol. 7 #7 (May 10, 2017)
  2. Avengers & X-Men: AXIS #6
  3. Avengers #8 (June 2017)
  4. McCallum, Pat (July 2006). "100 Greatest Villains Ever". Wizard (177)
  5. "Doctor Doom is Number 3". Comics.ign.com. 2019-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  6. Goldberg, Matt. "Exclusive: Toby Kebbell Reveals Doctor Doom's Radically New Origin in THE FANTASTIC FOUR Movie". Collider.com. 10 November 2014. 14 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy